Rəşad Nəbiyev Şabran Cüdo Təlim Mərkəzinə baxış keçirib

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev yeni fəaliyyətə başlamış Şabran Cüdo Təlim Mərkəzinə baxış keçirib.

Newsport.az xəbər verir ki, bu barədə federasiya rəhbəri sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilib ki, səfər zamanı məşqçilər və cüdoçularla görüş keçirilib, bölgədə idmançılar üçün yaradılan şəraitlə yaxından tanış olunub.

Sözügedən idman növünün daha da populyarlaşdırılması məqsədilə yeni cüdo zallarının istifadəyə verilməsi istiqamətində işlər davam etdiriləcək.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right