Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular müəyyənləşib.
Bu barədə Newsport.az-a Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
İngiltərənin Liverpul şəhərində 11 gün davam edəcək yarışda Azərbaycanın kişi boksçulardan ibarət komandası tam heyətlə çıxış edəcək.
Baş məşqçi Ravşan Xocayev, məşqçilər Nəriman Abdullayevlə Etibar Abdullayev dünya çempionatında Sübhan Mamedov (50 kq), Nicat Hüseynov (55 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Zaur Qəhrəmanov (65 kq), Sərxan Əliyev (70 kq), Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq), Surət Qarayev (85 kq), Alfonso Dominqes (90 kq) və Məhəmməd Abdullayevə (+90 kq) şans verəcəklər.
Qadınların mübarizəsində isə ölkəmiz 1 boksçu ilə təmsil olunacaq. Baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında Aynur Mikayılova (57 kq) rinqə çıxacaq.