“Abşeron Lions” yeni basketbolçu transfer edib.
Bu barədə Newsport.az-a klubun mətbuat xidmətindən məlumat verilib.
ABŞ-dan olan Ceyms Frazier heyətə cəlb olunub.
30 yaşlı oyunçu daha əvvəl İtaliya, Almaniya, Fransa və Çin kimi ölkələrdə çıxış edib.
O, Türkiyədə “Samsunspor”, “Bornova Bələdiyyəspor” və son olaraq “Bandırma Bordo” klublarının uğurları üçün çalışıb.