Azərbaycanlı boksçu finala yüksəldi, rəqibi bəlli oldu

Almaniyanın Frankfurt şəhərində gənc boksçular (U-19) arasında "Brandenburq Kuboku"nda yarımfinal mərhələsinə yekun vurulub.

Newsport.az xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin idmançısı Sübhan Babayev (60 kq) da rinqə çıxıb.

O, italiyalı Mattia Turrinlə döyüşüb. Boksçumuz rəqibini 4:1 (29:28, 27:30, 27:30, 28:29, 28:29) hesabı ilə məğlub edib.

Sübhan Babayev finalda Ellisbey Selimlə (ABŞ) qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right