Dünya Seriyasının Sumqayıt mərhələsinin iştirakçıları məlum oldu

Basketbolun 3x3 növü üzrə Dünya Seriyasının Sumqayıt mərhələsinin iştirakçıları məlum olub.

Newsport.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Basketbol Federasiyası paylaşıb.

Bildirilir ki, Sumqayıt mərhələsində dünyanın müxtəlif ölkələrindən olan komandalar çempionluq uğrunda mübarizə aparacaqlar. Yarışda ümumilikdə 16 kollektiv iştirak edəcək. Onlardan 12-si milli (Azərbaycan, Çexiya, Polşa, Ukrayna, Slovakiya, Qazaxıstan, Madaqaskar, Çin, Benin, Fransa, Böyük Britaniya, Latviya), 4-ü isə klub olacaq (“Karolina”(Puerto Riko), “Pekin”(Çin),“Takasaki”(Yaponiya), “CS Rapid”(Rumıniya).

Qeyd edək ki, Sumqayıt mərhələsinin oyunları 26-27 iyulda şəhərin dənizkənarı bulvarında baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right