Rafael Fiziyev: "Doğma ölkədə döyüşmək məsuliyyətlidir"

Doğma ölkədə döyüşmək məsuliyyətlidir.

Newsport.az-ın məlumatına görə, bunu Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turniri ilə bağlı danışarkən deyib.

Xüsusi sessiyaya qoşulan 32 yaşlı idmançı Bakıda mübarizə aparacağı üçün şad olduğunu bildirib:

"Hazırlıqlarım davam edir. Bir az əvvəl ağır məşqdən çıxmışam. Bakıdakı turnirə 100 faiz hazır olacağam. Sizi əmin edirəm ki, çox maraqlı döyüş olacaq. Rəqibim çox güclüdür. Amma bu, məni çəkindirmir. Onun boyunun uca olmasına fikir vermirəm. O, mənim qarşımda imtahan verəcək. Ondan imtahan götürəcəyəm. Vətənimdə vuruşmaq mənim üçün böyük şərəfdir. Artıq bu gerçəkləşir".

O, Azərbaycanın digər MMA döyüşçüləri haqqında da danışıb:

"Tofiq Musayevin də UFC-də çıxış edəcəyini eşitmişəm. Amma hələlik rəsmi deyil. UFC Bakıdakı turnirdən əvvəl 2-3 azərbaycanlı idmançı ilə müqavilə imzalamalıdır ki, onlara da şans verilsin".

Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə döyüşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right