Nazim Sadıqovun UFC turnirindəki rəqibi bəlli oldu

Yüngül çəkidə azərbaycanlı döyüşçü Nazim Sadıqov iyunun 21-də Bakıda keçiriləcək "UFC 260" debüt turnirindəki rəqibi bəlli olub. 

Newsport.az xəbər verir ki, 30 yaşlı idmançı braziliyalı döyüşçü Nikolas Motta ilə qarşılaşacaq.

Sadıqov sonuncu dəfə bu ilin fevralında digər braziliyalı İsmael Bonfimə texniki nokautla qalib gəlib.

Nazimin hesabında 10 qələbə var ki, onlardan 9-u vaxtından əvvəl əldə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right