“Gəncə” pley-offun ikinci oyununda “Şəki”ni məğlub etdi

“Gəncə” Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin ikinci oyununda qələbə qazanıb.

Newsport.az xəbər verir ki, bölgə təmsilçisi doğma azarkeşlər önündə “Şəki”ni qəbul edib.

Gəncə İdman Sarayındakı qarşılaşma meydan sahiblərinin 94:71 hesablı qələbəsi ilə bitib.

İlk qarşılaşmada “Şəki” qalib gəldiyi (85:84) növbəti raunda yüksələn komanda üçüncü görüşdə bəlli olacaq. Cütün qalibi yarımfinalda “Sabah” – “Sərhədçi” duelinin güclüsü ilə üz-üzə gələcək.

Pley-off mərhələsində ikinci oyunlara aprelin 22-də yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right