“Naxçıvan” pley-off oyununda “Abşeron”a qalib gəldi

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində “Naxçıvan” “Abşeron”a qalib gəlib.

Newsport.az xəbər verir ki, tərəflər arasında Bakı İdman Sarayında baş tutan ilk matçda birincilər 88:83 hesablı qələbəyə sevinib.

Bununla da, pley-off mərhələsinin ilk oyunları başa çatıb.

Bu mərhələnin əvvəlki görüşlərində “Şəki” “Gəncə”ni 85:84, Neftçi” “Ordu”nu 93:84, “Sabah” isə “Sərhədçi”ni 90:64 hesabı ilə məğlub edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right