“NTD çətin rəqibdir” “Neftçi”nin məşqçisi

“NTD ilə matçda ilk hissədə əks-hücumla bağlı bəzi problemlərimiz var idi”.

Newsport.az xəbər verir ki, bunu “Neftçi”nin məşqçisi Daviti Çivçivadze Azərbaycan Basketbol Liqasının 18-ci turunda NTD ilə oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, oyunun çox çətin keçdiyini bildirib:

“İlk olaraq, komandamı yaxşı oyuna və layiqli qələbəyə görə təbrik edirəm! NTD komandası çətin rəqibdir. Ona görə oyun da çox çətin keçdi. İlk hissədə əks-hücumla bağlı bəzi problemlərimiz var idi. Lakin ikinci hissədə bu problemləri aradan qaldırdıq və yaxşı atışlar etməklə bərabər, həm də aqressiv müdafiə olunduq. Tədricən oyunumuz öz axarına düşdü və sonda qələbə qazanan tərəf olduq. İndi növbəti rəqimiz olan “Sərhədçi”yə qarşı hazırlaşmalıyıq və bunun üçün cəmi iki gün vaxtımız var. Əlimizdən gələni edəcəyik ki, həmin oyunda da qələbə qazanaq”.

“Sərhədçi” İdman Mərkəzində baş tutan “Neftçi” – NTD görüşü birincilərin 76:64 hesablı qələbəsi ilə yekunlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right