Azərbaycan millisi Moldovaya da uduzdu

Azərbaycan millisi Bolqarıstanın Varna şəhərində təşkil olunan həndbolu inkişaf etməkdə olan ölkələrin çempionatında növbəti oyununa çıxıb.

Newsport.az xəbər verir ki, yığma 7-8-ci yerlər uğrunda qarşılaşmada Moldova ilə üz-üzə gəlib. Görüş Moldova millisinin 29:28 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycanın kişilərdən ibarət millisi B qrupunu sonuncu sırada bitirib. Komanda Moldova (21:33), Nigeriya (17:29) və ABŞ (25:45) yığmalarına uduzub. Milli 5-8-ci yerlər uğrunda görüşdə isə Paraqvaya 22:34 hesabı ilə məğlub olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right