Azərbaycanın kişi basketbolçulardan ibarət milli komandası bu gün dünya çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Newsport.az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu milli səfərdə Kosovo ilə qarşılaşacaq.
A qrupunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Azərbaycan millisi fevralın 23-də Bakıda İrlandiyanı qəbul edəcək.
Qeyd edək ki, qrupa 8 xalla İsveçrə başçılıq edir. İrlandiya 6 xalla ikinci, Azərbaycan yığması 5 xalla üçüncüdür. Eyni xala malik Kosovo dördüncü pillədə qərarlaşıb.