"Qarabağ"ın ev oyunlarının vaxtı - UEFA təsdiqlədi

"Qarabağ" klubunun Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının başlama saatı bəlli olub.

Newsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA Ağdam təmsilçisinin Avroliqadakı bütün ev oyunlarının əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə saat 22:00-da deyil, bir saat öncə, 21:00-da başlayacağını təsdiqləyib. 
 
"Qarabağ" sentyabrın 18-də "Sent Etyen"i (Fransa), noyabrın 6-da "Dnepr" (Ukrayna) və dekabrın 11-də "İnter" (İtaliya) klubunu qəbul edəcək.  

Qeyd edək ki, "Qarabağ"ın qrupdakı bütün səfər görüşləri isə Bakı vaxtı ilə saat 00:05-də başlanacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right