Millətlər Liqası: Rumıniya - İsveç matçı Elçin Məsiyevə tapşırıldı

Azərbaycanın FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.

Newsport.az xəbər verir ki, ədalət təmsilçisi oktyabrın 5-də keçiriləcək Millətlər Liqasının Rumıniya - İsveç qarşılaşmasını idarə edəcək.

Məsiyevin yan xətlərdə köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov olacaqlar.

Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Buxarestdə baş tutacaq matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right