"Qarabağ"dan "Seltik"ə transfer olan Kamilo Duran Kolumbiya yığma komandasında debüt edib.
Newsport.az xəbər verir ki, vinger Paraqvaya qarşı keçirilmiş yoxlama matçında 88-ci dəqiqədə Con Ariasın əvəzinə meydana buraxılıb.
Qarşılaşma Paraqvay yığmasının 1:0 hesablı qalibiyyəti ilə başa çatıb.
Qeyd edək ki, "Seltik"ə yeni transfer olan Duran Şotlandiya klubunda 12 görüşdə 6 qol vurub və 3 məhsuldar ötürmə edib.