"Neftçi"nin legioneri millidə növbəti matçını keçirdi

“Neftçi”nin legioneri Denzel Jubitananın şərəfini qoruduğu Surinam milli komandası KONKAKAF Millətlər Liqasının A divizionunun B qrupunda Qvatemalanı qəbul edib.

Newsport.az xəbər verir ki, Surinam evdə rəqibi ilə 0:0 oynayıb.

“Neftçi”nin futbolçusu bu görüşə start heyətində çıxıb və 66-cı dəqiqədə əvəzlənib.

Surinam millisi Yamayka, Qvatemala, Honduras, Martinike, El Salvadorun yer aldığı qrupda 3 turdan sonra 7 xalla liderdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right