“Aston Villa”nın baş məşqçisi Unay Emeri, İspaniya La Liqasında “Real” və “Barselona” ilə digər klublar arasındakı fərqin getdikcə artması barədə fikirlərini bölüşüb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, bu fərqin maliyyə feyr-pleyi sistemi ilə əlaqəli olduğunu bildirib:
“Fərq artır, çünki maliyyə feyr-pleyi sistemi buna imkan verir. “Real” və “Barselona” milyardlarla avro gəlir əldə edə bilirlər. “Atletiko”nun 500-600 milyon avro gəliri olduğu halda, digər klublarda bu rəqəm 150, 100 milyon və ya daha azdır. Fərq çox böyükdür”.
“Barselona” La Liqada 7 turdan sonra 21 xalla turnir cədvəlinə başçılıq edir. “Real” isə 15 xalla 4-cü pillədə qərarlaşıb.
İspaniyada son 20 ildə “Real” və “Barselona”dan başqa, yalnız iki dəfə başqa klub çempion olub. Hər iki halda “Atletiko” çempionluq titulunu qazanıb.