"Qarabağ" "Zirə"ni məğlub etdi

Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranan fasilədə hazırlığı davam etdirən "Qarabağ" və "Zirə" yoxlama oyununda üz-üzə gəlib.

Newsport.az xəbər verir ki, “Azersun Arena”nın məşq meydançasında keçirilən matç Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ"ın heyətində Aleksey Kaşuk dubl edib və Zakaria Savo fərqlənib. "Zirə"nin yeganə qolunu isə Dameyn Smit vurub.

Qeyd edək ki, hazırda Misli Premyer Liqasında "Qarabağ" 13 xalla 3-cü (5 oyuna), "Zirə" isə 10 xalla 5-cidir (6 oyuna).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right