"Qalatasaray"da Viktor Osimhen sevinci

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen zədəsini sağaldıb.

Newsport.az xəbər verir ki, ulduz futbolçu artıq yaşıl meydanlara qayıtmağa hazırdır.

Nigeriyalı forvard Super Liqanın VII turunun "Kasımpaşa" ilə matçında meydana çıxa bilər. Lakin baş məşqçi Okan Buruk risk etmək istəmir. Mütəxəssis Osimheni ikinci hissədə meydana buraxmağı planlaşdırır.

Burukun planı 27 yaşlı hücumçunu oktyabrın 13-də UEFA Çempionlar Liqasının "Barselona" ilə keçiriləcək oyununa hazır etməkdir.

Qeyd edək ki, Viktor Osimhen cari mövsümdə "Qalatasaray"ın heyətində meydana çıxdığı 4 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right