"Qarabağ" klubunun mübarizə aparacağı Avropa Liqasının F qrupunda oyunların təqvimi açıqlanıb.
Newsport.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qarabağ" Avroliqanın qrup mərhələsində ilk matçını sentyabrın 18-də, Bakıda "Sent Etyen"ə qarşı keçirəcək.
Oktyabrın 2-də İtaliyada "İnter"in, ayın 23-də isə Ukraynada "Dnepr"in qonağı olacaq Ağdam təmsilçisi qrup mərhələsinin son matçını evdə "İnter"ə qarşı keçirəcək. Həmin oyun dekabrın 11-də baş tutacaq.
Lakin oyunların başlama saatı hələlik məlum deyil. Buna yaxın günlərdə aydınlıq gələcək.
18 sentyabr
"Qarabağ" (Azərbaycan) - "Sent Etyen" (Fransa)
2 oktyabr
"İnter" (İtaliya) - "Qarabağ" (Azərbaycan)
23 oktyabr
"Dnepr" (Ukrayna) - "Qarabağ" (Azərbaycan)
6 noyabr
"Qarabağ" (Azərbaycan) - "Dnepr" (Ukrayna)
27 noyar
"Sent Etyen" (Fransa) - "Qarabağ" (Azərbaycan)
11 dekabr
"Qarabağ" (Azərbaycan) - "İnter" (İtaliya)