"Qələbəni qaçqınlara həsr edirik" - Rəşad Sadıqov

"Avropa Liqasının qrup mərhələsinə düşmək üçün lazım olan nəticəni qazandıq”. 

Newsport.Az saytınin verdiyi xəbərə görə,  bu sözləri "Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov Bakıda komandanı qarşılayan jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli müdafiyəçi qrup mərhələsinə ciddi hazırlaşacaqlarını bildirib: "Çox sevinirik, şadıq. Azərbaycan xalqını sevindirdik. Bu qələbəni qaçqınlara həsr edirik. Çalışacağıq ki, daha yaxşı hazırlaşıb, uğurumuzun davamını gətirək”.

 Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının "pley-off" mərhələsində Hollandiya "Tvente"sini iki oyunun nəticəsində üstələyərək, qrup mərhələsinə yüksəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right