Elvin Yunuszadə: "Partizan" bizdən güclü deyil" AÇIQLAMA

"İlk oyunda bəxtimiz heç gtirmədi və uduzduq. Cavab qarşılaşmasında qalib gələcəyimizi düşünürdük. Amma alınmadı. Heçnədən qrupa düşməyi əldən verdik".
 
Newsport.az saytına verdiyi açıqlamada bu sözləri "Neftçi"nin müdafiəçisi Elvin Yunuszadə deyib. 
 
22 yaşlı mərkəz müdafiəçisi rəqibin onlardan güclü olmadığını bildirib:
 
"Havanın isti və stadionun vəziyyətinin bərbad olmsı oyunumuza təsir edirdi. Düzdür "Partzan" da bizimlə eyni şəraitdə mübarizə aparırdı, amma psixoloji gərginlik bizim üstümüzdə idi. Azarkeşlərin üzgün geri qayıtması məni çox məyus etdi. İndi bu gərginliyi unudub, ancaq çempionat haqqında düşünməliyik. Çünki gələn mövsüm avrokuboklara vəsiqə qazanmaq üçün çempionatda yaxşı yer tutmalıyıq".




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right