Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda Gürcüstanda “Çixura”yla qarşılaşacaq “Neftçi”klubu səfərdə tək olmayacaq.Newsport.az xəbər verir ki, “Neftçi”ni Tiflisdə 300-dən çox azarkeş və KİV nümayəndələri dəstəkləyəcək.Azarkeşlərin Gürcüstana gedəcəyi barədə daha əvvəl xəbər vermişdik. Bir qədər əvvəl isə klub prezidenti Sadıq Sadıqovdan aldığımız məlumata görə, “Neftçi”səfərə media nümayəndələrin də aparacaq. Bunun üçün isə xüsusi avtobus təşkil ediləcək.
Böyük ehtimalla, qarşı tərəflə razılaşdırıldıqdan sonra səfərə neçə jurnalistin gedəcəyi məlum olacaq.
KİV nümayəndələri üçün yüksək keyfiyyətli xüsusi avtobus təşkil ediləcək.Bu avtobusla isə 30-40 jurnalistin səfərə getmək imkanı olacaq.
Çox güman ki, jurnalistləri Gürcüstana səfərə elə oyun günü səhər saatlarında yollansınlar.