"Neftçi" "Partizan"a qarşı (YENILENIR)

"Neftçi" klubu Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində bu gün evdə "Partizan"la qarşılaşacaq.

Newsport.Az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.

Bu komandalar arasında baş tutan ilk görüşdə Serbiya təmsilçisi 3:2 hesabı ilə qələbə qazanıb. Qrup mərhələsinə vəsiqə qazanmaq üçün "Neftçi" mütləq qalib gəlməlidir. Son Azərbaycan kubokunun qalibini 1:0 və ya 2:1 kimi minimal hesablı qələbələr də qane edəcək. 

Xatırladaq ki, "Neftçi" 2012/2013 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Partizan"la eyni qrupda mübarizə aparmışdı. Bu komandalar arasında Serbiyada baş tutan ilk görüşdə qapılara qol vurulmamışdı - 0:0. Bakıdakı cavab qarşılaşmasında da qalib müəyyənləşməmişdi. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk etmişdi.

 

 

28 avqust

Avropa Liqası, pley-off mərhələsinin ilk oyunu

21:00. "Neftçi" (Azərbaycan) - "Parizan" (Serbiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş hakim: Robert Şörgenhofer (Avstriya)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right