Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Neftçi” – "Partizan” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı və açıq məşqin vaxtı açıqlanıb.
Newsport.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu gün saat19:30-da Tofiq Bəhramov adına Respublika stadionunda "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev jurnalistlərin suallarını cavablandıracaq.
Saat 20:00-da isə “Neftçi” futbolçuları açıq məşqə çıxacaq. .
Rəqib komandanın baş məşqçisi Marko Nikoliç isə 20:30 mətbuat nümayəndələrinin önünə çıxacaq.Komandanın açıq məşqi saat 21:00-da başlanacaq.
Qeyd edək ki, "Neftçi" - "Partizan" matçı avqustun 28-də, saat 21:00-da başlanacaq.