"Tvente"nin kapitanı: "Qarabağ"la oyun çox vacibdi" AÇIQLAMA

"Tvente"nin kapitanı Andreas Byelland Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ"la cavab matçı öncəsi klubunun rəsmi saytına iddalı açıqlama verib.
 
Newsport.az saytının məlumatına görə, danimarkalı futbolçu Ağdam təmsilçisini məğlub edərək yollarına davam etmək istədiklərini bildirib:
 
"Bu, bizim üçün çox vacib oyundur. Çünki, Avropada yaxşı mübarizə aparmaq üçün bütün ötən mövsüm əlimizdən gələn hər şeyi eləmişik. Azarkeşlərimizin dəstəyi ilə qalib gəlməyə çalışacağıq. Ümid edirəm ki, Avropadakı futbol abu-havasını yaşacağıq".
 
Qeyd edək ki, "Tvente" - "Qarabağ" matçı avqustun 28-də, Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right