UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Partizan" oyununa bilet satışı davam edir.
Newsport.az saytının məlumatına görə, son iki gün ərzində 8 mindən artıq bilet satılıb. Azarkeşlərdən bir daha xahiş edirik ki, qara bazarda bilet satışının qarşısını almaq və kassalar önündə sıxlığın yaranmaması üçün biletləri mümkün qədər tez əldə etsinlər.