Avropa Liqasının pley-off mərhələsində `Tvente` ilə qarşılaşacaq "Qarabağ" bu gün Hollandiyaya ölkəyə yollanır.
Newsport.az saytının məlumatına görə, komanda 15:00-da birbaşa reyslə hərəkət edəcək. Oyunun keçiriləcəyi Ensxede şəhərində hava limanı olmadığından komanda həmin şəhərə ən yaxın hava limanı olan Almaniyanın Münster şəhərinə uçacaq. Münsterdən isə 1 saatlıq məsafədə olan Ensxede şəhərinə yollanılacaq.
Ağdam təmsilçisi sabah oyunun keçiriləcəyi stadionda və vaxtda sonuncu məşqinə çıxacaq.
Qeyd edək ki, `Tvente` - `Qarabağ` oyunu Avqustun 28-də saat 22:30-da baş tutacaq.