"Partizan" klubunun qapıçısı Milan Lukaç Avropa Liqasının pley-off mərhələsinin "Neftçi" ilə ilk oyunu (3:2) haqda fikirlərini bölüşüb.
Newsport.Az-ın məlumatına görə, Serbiya mətbuatına danışan qolkiper komandasının qrup mərhələsinə vəsiqə qazanacağına inandığını bildirib:
"İlk 20 dəqiqədə nə baş verdiyini anlamadım. Küncdən ötürmələrdən sonra qapımızda iki qol gördük. Ancaq biz xarakter göstərərək qələbə qazandıq. Bu oyunda qalib gəlmək vacib idi. Bakıya qələbə hesabını qorumaq üçün gedəcəyik. Komandamın daha yaxşı olduğunu düşünürəm və mərhələni keçəcəyimizə inanıram".
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 28-də, Bakıda keçiriləcək.