"Qarabağ"ın hollandiyalı futbolçusu Leroy Corc dünən Avropa Liqasının play-off mərhələsində "Tvente" ilə oyundan sonra fikirlərini bildirib.
Newsport.az saytının məlumatına görə, yarımmüdafiəçi qalib gəlmək istədiklərini, amma alınmadığını deyib:
"Oyun barədə nə deyə bilərəm ki? İstəyərdik ki, qalib gələk. Amma alınmadı. Meydanın vəziyyəti heç də yaxşı deyildi. Bunu hamı gördü. Əlbəttə ki, hamı yaxşı meydanda oynamaq istəyər. Amma nə etmək olar? Biz peşəkar futbolçuyuq və belə meydanda da oynamalıyıq".
27 yaşlı futbolçu oyundan tez çıxmağına da münasibət bildirib:
"Hər bir futbolçu hər oyun oynamaq istəyər. Hamı istəyər ki, 90 dəqiqə meydanda mübarizə aparsın və əlindən gələni etsin. Baş məşqçimiz məni meydandan erkən çıxartdı. Əlbəttə ki, bu üzdən özümü pis hiss edirəm. Lakin davam etməliyik. Biz bir oyunçudan ibarət deyilik, komandayıq".