Saşa Stamenkoviç: "Qrup mərhələsinə düşmək üçün yaxşı şansımız var"

"Partizan"ın oyunçularına və məşqçilər heyətinə təşəkkür edirəm. Çünki onlar bu görüşdə öz işlərini gördülər. Bu komandaya son dərəcə hörmətlə yanaşıram".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun qapıçısı Saşa Stamenkoviç Avropa Liqasının pley-off mərhələsinin "Partizan"la ilk oyunundan (2:3) sonra deyib.

Serbiya mətbuatına danışan təcrübəli qolkiper nəticədən narazı qaldığını bildirib: "Nəticədən narazı qaldım. Çünki hesab 2:0 olarkən biz daha çox qol vura bilərdik. Məğlubiyyətə baxmayaraq, mərhələ keçmək şansımız qalır. Favorit "Partizan"dan daha çox şey gözləyirdim. Qrup mərhələsinə düşmək üçün yaxşı şansımız var".

Qeyd edək ki, "Neftçi" və "Partizan" komandaları arasında cavab qarşılaşması avqustun 28-də, Bakıda keçiriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right