"Qarabağ"ın vitse-prezidenti azarkeşlərə səsləndi AÇIQLAMA

"Hollandiya futbolu çox güclüdür. "Tvente" də Hollandiyanın ən güclü klublarındandır. Buna rəğmən oyunda üstünlük bizdə idi. "Ələ düşən fürsətlərdən yararlana bilmədik".
 
Newsport.az saytının məlumatına görə, bu sözləri "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının pley-off mərhələsinin "Tvente" ilə ilk oyunundan (0:0) jurnalistlərə açıqlamasında deyib.
 
Tahir Gözəl komandasının turu keçmək şanslarını da dəyərləndirib:
 
 "Qarabağ" hər gün biraz Azərbaycanı şərəfləndirir. Oyundan sonra futbolçulara dedim ki, hələ hər şey bitməyib. Rəqib komandanın oyununa nəzərən deyə bilərəm ki, "Tvente" səddini keçə bilərik.Futbolçularımız psixoloji olaraq oyuna köklənə bilsələr, bunu bacara bilərik".
 
Ağdam klubunun vitse-prezidenti Avropada yaşayan azərbaycanlılara da müraciət edib:
 
"İlk dəfə idi ki, Azərbaycanda bu qədər azarkeş görürdüm. Avropada yaşayan azərbaycanlılara müraciət edərək deyirəm ki, səfər matçında bizə dəstək olsunlar. Qəlbimiz Azərbaycanın Avropa Liqasındakı digər təmsilçisi "Neftçi" klubu ilə birgədir. İstəyirik ki, hər iki komandamız Avroliqanın qrup mərhələsinə vəsiqə qazansın". 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right