Marko Nikoliç: "Neftçi" ilə oyuna sakit hazırlaşa bilərik" AÇIQLAMA

Avropa Liqasının pley-off mərhələsində "Neftçi"nin rəqibi olan Serbiyanın "Partizan" klubunun baş məşqçisi Marko Nikoliç "Neftçi" ilə keçiriləcək ilk oyuna rahat hazırlaşa biləcəklərini qeyd edib.
 
Newsport.az saytının məlumatına görə, Nikoliç Serbiya mətbuatına "Neftçi"  ilə keçiriləcək oyun barəsində açıqlama verib:
 
"Biz yeni mövsümə uğurla başlamaq üçün əlimizdən gələni etdik və startda 6 xal qazandıq. Özü də iki oyuna yeddi qol vurduq. Artıq sakitcə "Neftçi" ilə oyuna köklənə, normal hazırlaşa bilərik".




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right