"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin futbolçusu Sessi Almeyda karyerasını yenidən Kiprdə davam etdirməyə yaxındır.

Newsport.az-ın məlumatına görə, beninli futbolçunu “Aris”(Limassol) heyətində görmək istəyir.

Kipr klubu onun keçidini bu yay heyətini realladırmaq niyyətindədir. Sessi özü də daha çox oynamaq üçün komandasını dəyişməyə müsbət yanaşır.
30 yaşlı futbolçunun “Neftçi” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.  

Sessi “Paris”, “Barnsli”, “Blekpul”, “Yovil Taun”, “Valensien”, “Tondela”, “Pau” klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right