Əhməd Yusifov: "Azərbaycan cüdo tarixində dördüncü dünya çempionu olmaq böyük şərəfdir"

Əhməd Yusifov Azərbaycan cüdo tarixində dördüncü dünya çempionu olması ilə bağlı fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı bu barədə Avropa Cüdo İttifaqının rəsmi saytına açıqlama verib.

27 yaşlı idmançı Bakıdakı yarışda qızıl medal qazanması ilə bağlı fikirlərini bölüşüb:

"Azərbaycan cüdo tarixində dördüncü dünya çempionu olmaq mənim üçün böyük şərəfdir. Hisslərimi sözlə ifadə etmək çətindir. Səhər yuxudan oyananda özümü çox yaxşı hiss edirdim. Medal qazanmaq barədə də düşünürdüm. Amma ağlımda qızıl mükafat da var idi. Şükürlər olsun ki, buna nail oldum".

Ə.Yusifov doğma arenada dünya çempionu olmasına toxunub:

"Azərbaycanda, doğmada azarkeşlərin qarşısında və xüsusilə də ailəmin məni izlədiyi bir vaxtda qızıl medal qazanmaq inanılmaz hissdir. Onların arenada olması mənə əlavə motivasiya verdi. Məğlubiyyət barədə heç düşünmədim. Uduzmağı ağlımdan belə keçirmirdim".

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan cüdoçularından Elxan Məmmədov, Hidayət Heydərov və Zelim Kotsoyev dünya çempionu olublar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right