Kamal Umudluya UEFA-dan növbəti etimad

Azərbaycanlı ədalət təmsilçisi Kamal Umudlunun rəhbərlik etdiyi hakimlər briqadası beynəlxalq arenada növbəti məsuliyyətli sınağa çıxır.

Newsport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, azərbaycanlı ədalət təmsilçisi bu gün U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində təşkil olunacaq İsveç – Şimali Makedoniya matçının baş hakimi olacaq.

Meydanda Umudluya yan xətt hakimləri qismində Namiq Hüseynov və Vüsal Məmmədov köməklik edəcəklər. Görüşün dördüncü hakimi funksiyasını isə Əli Əliyev yerinə yetirəcək.

Falkenberq şəhərindəki "Falkon Alkoxolfri Arena"da oynanılacaq bu qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right