Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ceyhun Nuriyev Millətlər Liqasının D2 qrupunun üçüncü turunda Bakıda Litva üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edib.
Newsport.az xəbər verir ki, Nuriyev ötən turdakı Lixtenşteynlə görüşdəki nəticənin unudulmayacağını deyib:
"Litva üzərində qələbə ilə üzərimizdən təzyiqi götürə bildik. Amma Lixtenşteynlə 0:0 hesablı heç-heçə kimi nəticələr unudulmur. Qələbədən sonra rahatlama olur. Bununla belə, Lixtenşteynlə oyun tarixdə qalacaq. Litvaya qarşı daha çox istəklə oynadıq. Görünür, əvvəlki matçda rəqiblərimiz nəticə əldə etməyə daha çox diqqət yetirirdilər. Həmin oyundan sonra oyandıq. Litva ilə matç gərgin keçdi. Bərabər səviyyədə keçdi. Biz buna hazır idik. Bu üç çətin xalı qazanmağımız çox xoşdur".