Çexiya matçı öncəsi İngiltərə yığmasında iki itki

"Arsenal"ın müdafiəçisi Ezri Konsa və "Bornmut"un yarımmüdafiəçisi Aleks Skott cari toplanışın son matçı ərəfəsində İngiltərə milli komandasının düşərgəsini tərk ediblər.

Newsport.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.

Hər iki futbolçu zədə səbəbindən sıradan çıxıb: "Ezri Konsa və Aleks Skott Çexiya yığması ilə keçiriləcək matçda iştirak edə bilməyəcəklər. Hər iki futbolçu növbəti tibbi müayinələrdən keçmək üçün klublarının ixtiyarına qayıdıblar", - deyə açıqlamada bidirilib.

Qeyd edək ki, İngiltərə yığması UEFA Millətlər Liqasının III qrupunda üç oyundan sonra 6 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider İspaniyadan 3 xal geri qalır, Xorvatiyanı isə eyni xal fərqi ilə qabaqlayır. Qrupun sonuncu pilləsində qərarlaşan Çexiyanın isə hələ xalı yoxdur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right