“Fənərbağça” Bakıya gəlmək üçün pul alıbmış

“Fənərbağça”nın Bakıda “Turan Tovuz”la yoxlama matçının təfərrüatları bəlli olur. İddiaya görə, Türkiyə nəhəngi təmslçimizlə oynamaq üçün maliyyə alıb.

Newsport.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Emre Bol məlumat verib: “Əvvəlcə əsəbiləşdim. Dedim ki, “Azərbaycanda sizin nə işiniz var? Türkiyədə komanda yoxdur?” Sən demə, “Fənərbağça” pul alıbmış. Ona görə artıq heç nə demirəm. Hazırda “Fənərbağça”nın hər cür gəlirə ehtiyacı var.

Amma dediyim kimi, çox qəribə oyun oldu. Birdən-birə belə sərt, gərgin, mübarizə başladı. Hazırlıq oyunu beləmi olar? Qızğın mübarizə gedirdi”.

Xatırladaq ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan oyun “Fənərbağça”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right