"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov

Azərbaycan millisinin futbolçusu Rüfət Abbasov UEFA Millətlər Liqasının 3-cü turunda Litva üzərində 1:0 hesablı qələbədən sonra fikirlərini bildirib.

Newsport.az xəbər verir ki, jurnalistlərə açıqlamasında komandanın Lixtenşteynlə heç-heçədən sonra yalnız qələbə barədə düşündüyünü deyib:

“Üç gün əvvəl Lixtenşteynlə heç-heçə etdik. Media və azarkeşlər də bizi çox tənqid etdi. Normaldır. Bu gün yalnız qələbə haqqında düşünürdük. Komanda da çox yaxşı oynayıb əzmkar mübarizə apardı. Lazım olan qələbəni qazandıq”.

R.Abbasov Lixtenşteynə səfər matçında qələbə üçün mübarizə aparacaqlarını bildirib: “Lixtenşteynlə oyundan yalnız qələbə haqqında düşünəcəyik". 

R.Abbasov milli fasilədən sonra “Sabah”a qarşı keçirəcəkləri oyunun da eyni stadionda baş tutacağını və bunun onun üçün əlavə motivasiya olduğunu bildirib:  “Əlbəttə, bura, necə deyim, “Neftçi”nin stadionudur, bura mənim evimdir. Məncə, bu stadion mənə daha yaxşı uğur gətirər”.

R.Abbasov komandanın Litva ilə oyuna daha motivasiyalı çıxmasının səbəbini də açıqlayıb: “Məşqçilər heyəti bizi çox inandırdı, motivasiya verdi Biz də heç nəyi düşünmədik. Təzyiqlərə fikir vermədik. Yalnız qələbə barədə fikirləşirdik. Qələbəmizi də qazandıq”.

R. bbasov Lixtenşteynlə oyundan sonra komandada mental çöküş olduğunu etiraf edib: “Bəli, mental olaraq, Lixtenşteyn oyunundan sonra komandada bir az çöküş var idi. Amma yenə deyirəm, komanda olaraq toparlandıq, özümüzə inandıq”.

Sofascore platformasında matçın ən yaxşısı seçilməsinə münasibət bildirən R.Abbasov deyib: “İstəyirəm, hər oyunda əlimdən gələnin ən yaxşısını bütün ölkəm üçün edim. Çünki biz xalqımız və bayrağımız üçün oynayırıq. Bu da həqiqətən bizim üçün əlavə motivasiyadır”.

Qol.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right