"Neftçi" ilə oyundan pulumuzu alıb-almamağımız haqqında fikirləşməyəcəm. Meydana çıxıb yalnız azarkeşlərin çılğın səslərini eşidəcəm və onlar üçün mübarizə apacam".
Newsport.az saytının məlumatına görə, bu sözləri "Partizan" klubunun hücumçusu Petar Skuletiç Serbiya mətbuatına açıqlamasında deyib.
"Neftçi" ilə Avropa Liqasının play-off mərhələsindəki oyununa toxunan hücumçu meydana yalnız qələbə üçün çıxacaqlarını bildirib:
"Yerli çempionatda "Nis" üzərində qazandığımız qələbə (4:1) özünəinamımızı bir qədər də artırdı. Bu oyunda da qələbə qazanacağımıza əminəm. Daha öncəki rəqiblərimizlə görüşlərdə qol vurmuşam. Saşa Stamenkoviçin də qapısına qol vuracağıma söz verirəm. Lakin əsas qol vurmaq deyil. Onlarda son turda qalib gəliblər. Lakin oyunçularını bizlərdən gizlədiyinə əminik. Serbiyada "Neftçi"yə çətin olacaq".