Əmrah Çəlikəl: Reynaldonun qırmızı vərəqəsini ləğv etdirmək şansımız var

"Qarabağ"ın idman direktoru Əmrah Çəlikəl UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avstriya "Zalsburq"u ilə ilk oyunun 88-ci dəqiqəsində qırmızı vərəqə alan Reynaldonun bağışlanmaq ehtimalının olduğunu dilə gətirib. Newsport.az saytına açıqlamasında o, UEFA-ya müraciət edəcəklərini bəyan edib:

"Yaxın saatlarda biz UEFA-ya rəsmi müraciət ünvanlayacağıq. "Qarabağ" klubu olaraq hesab edirik ki, Reynaldonun epizodunda maksimum sarı vərəqə ilə kifayətlənmək olardı. Klubun hüquqşünasları da belə hesab edir ki, bizim bu qırmızı vərəqəni ləğv etdirmək şansımız var. Belə olan halda braziliyalı futbolçu cavab matçında meydana çıxa biləcək".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right