"Dnepr" - "Qarabağ" matçının hakimləri müəyyənləşdi

Avropa Liqasının qrup mərhələsinin III turunda keçiriləcək "Dnepr" - "Qarabağ" matçının hakimləri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Kiyevdə baş tutacaq oyunu çexiyalı referi Libor Kovrajik idarə edəcək.

Ona Kristof Menkl və Yan Patak kömək edəcək. Dördüncü hakim funksiyasını isə Petr Blajey yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 23-də keçiriləcək "Dnepr" - "Qarabağ" oyunu Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.  





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right