"Neftçi" üçün Respublika stadionu

UEFA Avropa Liqasının play-off mərhələsinin cavab oyunları çərçivəsində "Neftçi" PFK Serbiyanın "Partizan" komandasını Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etmək istəməsi ilə bağlı AFFA-ya müraciət etmiş, AFFA isə məsələ ilə əlaqədar müvafiq qaydada UEFA-ya müraciət ünvanlamışdı.
 
Newsport.az saytının məlumatına görə, artıq Avropa futbol qurumu müraciəti müsbət cavablandırıb. Beləliklə, avqustun 28-də "Neftçi" - "Partizan" oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right