"Qarabağ"a görə "Metallist"in oyununun vaxtı dəyişdi

Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Metallist" (Ukrayna) - "Legiya" (Polşa) matçının vaxtı və yeri dəyişdirilib.

Newsport.az-ın  verdiyi məlumata görə, oyun Lvovda yox, Kiyevdə baş tutacaq.

Üstəlik oyun bir gün tez - oktyabrın 22-də Valeri Lobanovski adına "Dinamo" stadionunda keçiriləcək. Buna oktyabrın 23-də "Dnepr"in Kiyevdə "Qarabağ"ı qəbul etməsi səbəb olub. UEFA qaydalarına əsasən, eyni şəhərdə bir gün ərzində iki avrokubok matçı keçirilə bilməz. Bu səbəbdən "Metallist" - "Legiya" oyunu bir gün öncəyə təyin olunub.

Qeyd edək ki, "Metallist"in "Legiya"nı Lvovda qəbul etmək istəməməsinin səbəbi məlum deyil.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right