"Qarabağ"la oyunlar həlledici olacaq" - "Dnepr"in kapitanı

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Dnepr" klubunun kapitanı Ruslan Rotan Ukrayna mətbuatına müsahibə verib.

Newsport.az -ın məlumatına görə, 32 yaşlı futbolçu növbəti turlarda qarşılaşacaqları "Qarabağ"la oyunların həlledici olacağını bildirib:


- "Sent-Etyen" - "Dnepr" matçına harada baxdın?

- Komanda ilə Fransaya getməməyi və evdə qalaraq məşq etməyi qərara aldıq. Yəni, matçı evdə televizordan izlədim.

- İndi hər şey "Qarabağ"la oyunlarda həll olunacaq?

- Düşünürəm ki, həm "Qarabağ"la, həm də "Sent-Etyen"lə oyunlar bizim üçün həlledici olacaq.

- "İnter" artıq əlçatmazdır?

- Çox güman ki, bəli. İtaliya təmsilçisi iki turdan sonra maksimum nəticə qazanıb. Yəqin, biz ikinci pillə uğrunda mübarizə aparacağıq.

- Komandanın hücumçularına nə olub? "Dnepr" artıq üç avrokubok oyununda qol vura bilmir...

- Vurulan və buraxılan qollara hər kəs cavabdehdir. Bütün günahı hücumçuların üzərinə atmaq düzgün olmaz. Söz verirəm ki, yaxın gələcəkdə bu uğursuz seriyanı qıracağıq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right