“İnter” – “Qarabağ” oyunundan əvvəl Milanda “Qarabağ” klubu və Ağdam şəhəri ilə bağlı bukletlər paylanıb Newsport.az-ın verdiyi məlumata görə,dünən gecə İtaliyanın Milan şəhərində UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində “İnter” – “Qarabağ” matçı öncəsi Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Qarabağ futbol klubu ilə bağlı təşviqat-bukletləri paylandı.Məlumata görə, bukletlər oyunun keçiriləcəyi “Cüzeppe Meatsa” stadionun həndəvərində azarkeşlər arasında paylanılıb. Həmin bukletlərdə “Qarabağ” futbol klubunun Avropa Liqasında çıxış edən yeganə qaçqın komanda olduğu, klubun keçdiyi yol, Ağdam şəhəri barədə məlumatlar yer alıb. 9 min nüxsəylə çap olunmuş bülletenlərin yayılması üçün Milan şəhər meriyasından rəsmi razılıq alınıb, bukletlərin paylanması üçün müvafiq şirkətlə müqavilə imzalanıb.