"Qarabağ" Milana qələbə üçün gəlmişdi"

"Sərgilədiyim oyundan və vurduğum qoldan məmnunam. "Kalyari"yə məğlubiyyətdən sonra bu qələbə önəmli idi. Bu görüşdə komandanın yaxşı oynadığını düşünürəm".

Newsport.az-ın məlumatına görə, bu sözləri "İnter"in müdafiəçisi Danilo D'Ambrozio Avropa Liqasının qrup mərhələsində məğlub etdikləri "Qarabağ"la oyundan (2:0) sonra deyib.

İtaliya mətbuatına danışan 26 yaşlı futbolçu "Qarabağ"la oyunda qazanılan 3 xalın önəmli olduğunu bildirib: 

"Qarabağ"la görüşdə qazandığımız 3 xal bizim üçün önəmli idi. Ancaq rəqib də Milana yaxşı nəticə üçün gəlmişdi. Onların bu oyunda itirəcəkləri bir şeyi yox idi. Qələbə qazanmaq istəyirdilər. Lakin biz buna imkan vermədik. Artıq bütün diqqətimizi "Fiorentina" ilə matça yönəltməliyik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right