"İnter"in qapıçısı: "Gecə bizim üçün yaxşı bitdi"

"İnter"in ikinci qapıçısı Xuan Pablo Karrizo "Qarabağ"la oyundan bəhs edib.

Newsport.az-ın məlumatına görə, dünənki matçda komandasının qapısının qoruyan qolkiper oyunlarının alınmamasından gileylənib: 

"Kalyari"yə ağır məğlubiyyətdən sonra "Qarabağ"la oyun bizim üçün önəmli idi. Bu qələbə bizdə özünəinamı yaratdı. Gecə bizim üçün yaxşı bitdi. 

Oyun istədiyimiz kimi yaxşı alınmasa da, vacib olan 3 xalı qazandıq. Bu qələbə "Fiorentina" ilə oyuna daha inamlı getməyimizə imkan verəcək".

"İnter" - "Qarabağ" matçı meydan sahiblərinin 2:0 hesablı qalibiyyəti ilə nəticələnib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right