"Qarabağ" az tanınmış olsa da..." - "İnter"in baş məşqçisi

"Üç gün ərzində hansısa dəyişiklik ola bilməz. Ancaq "Qarabağ"la oyuna yaxşı hazırlaşmışıq. Onları analiz etmişik".

Newsport.az-ın məlumatına görə, bu sözləri "İnter" klubunun baş məşqçisi Valter Matsari Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları "Qarabağ"la oyunöncəsi keçirdiyi mətbuat konfransında deyib.

Komandada olan problemlərdən danışan təcrübəli mütəxəssis "Qarabağ"la görüşdə fərqli oyun sərgiləyəcəklərini bildirib: "Kalyari" ilə oyun komandada problemlərin olduğunu göstərdi. Ancaq biz həmin məğlubiyyətin təsadüfi olduğunu sübut etməliyik. "İnter"də lider yoxdur" fikri ilə razı deyiləm. Komandada xeyli təcrübəli futbolçumuz var. Vidiç kapitan olmaq istəyərdi. Lakin o, komanda yoldaşlarının dəstəyini görmədi. 

Bir neçə futbolçumuz zədə səbəbindən sabahkı oyunda iştirak etməyəcək. Bununla belə, "İnter" təcrübəli komandadır. Hazırda bütün diqqətimi "Qarabağ"la oyuna yönəltmişəm. "Kalyari" ilə müqayisədə onlara qarşı fərqli oyun nümayiş etdirəcəyik. "Qarabağ" az tanınmış olsa da, hazırda yaxşı formadadır. Bu görüşdə qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".   

Qeyd edək ki, "İnter" - "Qarabağ" oyunu sabah, Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right